26 
May
2015
09:40
7
3
1381
Virtual karabakh

Azərbaycan etno-cazı ilk dəfə Norveçdə - FOTO

26 May, 2015
09:40
1381

Azərbaycan etno-cazı ilk dəfə Norveçdə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cəngi” caz qrupu maraqlı musiqi proqramı təqdim edib.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə əməkdar artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” caz qrupu may ayının 21-23-dək Norveçin paytaxtı Oslo şəhərində konsert proqramı ilə çıxış edib. Layihə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Norveç Gənclər Təşkilati Milli Şurasının dəstəyi ilə həyata keçirilib.

Oxu.Az xəbər verir ki, Oslo Meriyasının türkəsilli deputatı Gulay Kutal caz konsertini açıq elan edərək bildirib ki, bu cür səviyyəli mədəniyyət layihələri Oslonun mədəni həyatını zənginləşdirməklə yanaşı, dünya mədəniyyətinin sərhələr tanımaığını sübut edərək, xalqlar arasında dostluğun güclənməsinə xidmət etməkdədir.

Norveçin tanınmış Stovner kilsəsində gerçəkləşən konsertdə “Cəngi” caz qrupu etno-caz layihəsi ilə maraqlı musiqi proqramı təqdim eib. Qrupun üzvləri Arzu Həsənlinin (vokal), Mircavid Cəfərovun (tar), Vasif Hüseynzadənin (piano), İsgəndər Ələsgərovun (zərb alətləri), Tural Qasımlının (piano) və Mircavad Cəfərovun (ud) rəngarəng ifalari ilə tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

İlk dəfə olaraq Azərbaycan etno-cazını “Cəngi” qrupu Norveçdə səsləndirib. Konsertdə Azərbaycan Evinin musiqi bölməsinin rəhbəri, pianoçu Arzu Əliyevanın norveçli tələbəsi Edvin Knutsen pianoda “Cəngi” qrupunun üzvləri ilə birlikdə caz musiqisi ifa edib.

Etno-caz layihəsinin musiqimizi Avropada təbliğ etmək üçün maraqlı bir seçim olduğunu deyən, Azərbaycan Evinin sədri Ramil Əliyev qeyd edib ki, bu cür proqramların musiqimizi Skandinaviyada təbliğ etməklə yanaşı, Norveçdə yaşayan azərbaycanlıların qədim və zəngin mədəni irsə malik olduqlarını sübut edir.

“Bu layihə Azərbaycan etno-cazına Skandinaviyada tələbat olduğunu göstərdi” - deyən Ramil Əliyev bildirdi ki, gələcəkdə də Norveçdə caz konsertlərinin reallaşmasına çalışacaqlar.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri