26 
May
2015
21:24
80
27
1328
Virtual karabakh

Almaniyada Azərbaycan mədəniyyəti gecəsi keçirilib - FOTO

26 May, 2015
21:24
1328

Almaniyada Azərbaycan mədəniyyəti gecəsi keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda alman izləri” adlı fotosərgi nümayiş etdirilib.

Almaniyanın Frankfurt-Mayn şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti gecəsi keçirilib. 

Fonddan Oxu.Az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov ölkəmizin Şərqlə Qərbin qovşağında yerləşməsinin onun mədəniyyət və musiqisində təcəssümü, ölkəmizin dünya musiqisinə verdiyi töhfələr və Azərbaycan xalqının musiqi beşiyi olan Qarabağın qonşu Ermənistanın işğalı altında olması barədə məlumat verib.

Daha sonra caz musiqi ustaları Elçin Şirinov, Deyv Hamblet və Andrea di Biasenin ifasında möhtəşəm konsert proqramı təqdim edilib.

Tədbir çərçivəsində, həmçinin “Azərbaycanda alman izləri” adlı fotosərgi nümayiş etdirilib.

Qeyd edək ki, Almaniyada təşkil olunan Azərbaycan mədəniyyət gecəsində 500-dən artıq qonaq iştirak edib. Tədbir iştirakçıları sırasında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Hessen Federal Torpağının hökumət və parlament nümayəndələri, Frankfurt-Mayn şəhər bələdiyyəsinin üzvləri, Almaniyada akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri, Almaniyanın ictimai-siyasi, mədəni, elmi dairələri və mətbuat təmsilçiləri olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri