27 
May
2015
10:55
119
8
4409
Virtual karabakh

“Euronews” Lahıc qəsəbəsi haqqında reportaj yayımladı – VİDEO

27 May, 2015
10:55
4409

“Euronews” Lahıc qəsəbəsi haqqında reportaj yayımladı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan həyatı”.

“Euronews” telekanalının “Life” proqramında Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsi haqqında reportaj yayımlanıb. 

Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, “Azərbaycan həyatı” mövzusunda yayımlanan reportajda Lahıc Azərbaycanın qədim misgərlik və sənətkarlıq mərkəzi kimi qeyd olunub.

Reportajda Bakıdan 200 kilometr aralıda yerləşən Lahıc qəsəbəsinin tarixi və sənətkarları haqqında ətraflı məlumat verilir. Burada canlı tarixin qorunub saxlandığı vurğulanır. 

Bununla yanaşı, reportajda misgərlik sənətindən geniş bəhs olunur. Bu sənətin nəsildən-nəslə ötürülərək bu günədək yaşadıldığı diqqətə çatdırılır. Burada hazırlanan mis qabların Lahıc kənd sakinlərinin evlərində və muzeylərdə saxlandığı bildirilir. Buna misal olaraq Luvr muzeyi qeyd olunur. 

 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri