27 
May
2015
11:07
48
34
1754
Virtual karabakh

İspaniyanın flamenko qrupu Heydər Əliyev Mərkəzində

27 May, 2015
11:07
1754

İspaniyanın flamenko qrupu Heydər Əliyev Mərkəzində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecədə izləyicilərə möhtəşəm vokal ifa və rəqs performansları təqdim olunacaq.

İyunun 13-ü saat 20:00-da Heydər Əliyev Mərkəzində İspaniyanın flamenko qrupu tamaşaçılara məşhur “Karmen” əsərini yeni quruluş-caz, ərəb musiqisi elementləri, salsa və flamenko rəqsinin sintezi ilə təqdim edəcək.

Oxu.Az xəbər verir ki, fransız yazıçı Prosper Merimenin və bəstəkar Corc Bizenin “Karmen” operası əsasında səhnələşdirilmiş şou Antonio Andrade və onun qrupu tərəfindən müasir flamenko ruhunda hazırlanıb.

İki saata yaxın davam edəcək flamenko gecəsində izləyicilərə möhtəşəm vokal ifa və rəqs performansları təqdim olunacaq.

Biletləri, Heydər Əliyev Mərkəzinin kassasından və ya internet vasitəsi ilə əldə edə bilərsiniz (www.heydaraliyevcenter.az). Biletlərin qiyməti 50, 80, 120 AZN-dir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri