27 
May
2015
16:29
6
9
919
Virtual karabakh

“28 Cinema”da Qala gecə - FOTO

27 May, 2015
16:29
919

“28 Cinema”da Qala gecə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kinoteatrda “Kırmızı” filminin premyerası keçiriləcək.

Azərbaycanın premium kinoteatrı “28 Cinema” məşhur türkiyəli aktyorların iştirakı ilə “Kırmızı” filminin premyerasını və möhtəşəm Qala gecəsini keçirəcək. Gecədə xüsusi olaraq Leyla Göksun Selim Bayraktar iştirak edəcək.

Oxu.Az xəbər verir ki, tədbirdən öncə filmin çəkiliş və aktyor heyətinin iştirakı ilə media nümayəndələri üçün mətbuat konfransı təşkil olunacaq.

Qala gecədə türk kinematoqrafiyasının həvəskarları qonaqlar ilə fotosessiyada iştirak etmək fürsəti qazanacaqlar.

Tədbirdə iştirak yalnız dəvətnamə ilədir. Dəvətnamələr kinoteatrın kassalarından, həmçinin kinoteatrın  www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə etmək mümkündür. Dəvətnamənin qiyməti 8 AZN-dır. Daha ətraflı məlumatı kinoteatrın sosial şəbəkələrindən və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla əldə edə bilərsiniz.

Aslı və Umut xoşbəxt bir cütlükdür. O gecə, birlikdə olmaqlarının ilk ilini yoldaşları ilə birgə əyləndikdən sonra Umutun evinə gəlirlər. Umut və Aslı evə girdikdən sonra da bir müddət də əylənməyə davam edirlər və qəflətən zalın ortasında bir çamadan görürlər və həmin çamadanı açmaq qərarı verirlər. Amma çamadanın içində dəhşətə salacaq bir mənzərə ilə rastlaşırlar.... 

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri