29 
May
2015
10:30
18
4
1627
Virtual karabakh

Gülay Zeynallı və Təyyar Bayramov Türkmənistanda ayaqüstə alqışlandılar - FOTO

29 May, 2015
10:30
1627

Gülay Zeynallı və Təyyar Bayramov Türkmənistanda ayaqüstə alqışlandılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tədbirdə diplomatik nümayəndəliklərin rəhbərləri, əməkdaşları iştirak edirdilər”.

Azərbaycanın iki sevilən xanəndəsi əməkdar artist Təyyar Bayramovla Gülay Zeynallı "28 May Respublika Günü" münasibəti ilə Türkmənistanın paytaxtı Aşqabadda möhtəşəm konsert proqramı ilə çıxış ediblər.

Oxu.Az xəbər verir ki, iki saatdan artıq davam edən konsertdə yüzlərlə həmyerlimiz qarşısında oxuyan Gülay, xoş təəssüratlarını oxucularımızla belə bölüşdü:

“Bu möhtəşəm bayram konserti Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadənin təşəbbüsü ilə baş tutdu. “Mən və Təyyar Bayramovun çıxışı Türkmənistanda yaşayan həmyerlilərimiz üçün sözün həqiqi mənasında unudulmaz bayrama çevirildi. Səhnədə bizi tarda Rəşad İbrahimov, kamanda isə Təbriz Yusubov müşayiət etdi. Hər ikimizin çıxışı məkana toplaşan tamaşaçılar tərəfindən ayaqüstə, sürəkli alqışlarla qarşılandı. Həm Təyyarın, həm də öz adımdan sənətimizə yüksək dəyər verən insanlara təşəkkür edirəm. Yaşasın Azərbaycanımız”.

Bayram konsertini əks etdirən fotoları oxucularımıza təqdim edirik.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri