İyn
2015
15:17
121
31
6787
Virtual karabakh

“Əli və Nino” filminin çəkilişləri İçəri Şəhərdə – FOTO

8 İyn, 2015
15:17
6787

“Əli və Nino” filminin çəkilişləri İçəri Şəhərdə – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir sevgi hekayəsi...

Yazıçı Qurban Səidin "Əli və Nino" romanı əsasında romantik drama janrında çəkilmiş eyniadlı ekran əsərinin kadrarxası fotoları yayımlanıb.

Oxu.Az Buro 24/7 istinadən xəbər verir ki, fotoqraf Mirsadıq Hüseynin müəllifi olduğu fotolarda filmin İçəri Şəhərdə və Azərbaycan Dövlət Opera və Balet teatrında aparılmış çəkilişlərindən maraqlı kadrlar var. 

Burada filmin aktyor heyətindən Adam Bakri, Mariya Valverdə, Assad Buab, eləcə də azərbaycanlı aktyorları görə bilərik. 

Böyük Britaniyanın məşhur "PeaPie Films" kino şirkəti tərəfindən ekranlaşdırılan "Əli və Nino" filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

"Əli və Nino" - inqilabdan əvvəlki Bakıda azərbaycanlı gənclə gürcü qızın məhəbbətindən bəhs edir. Romanda 20-ci əsrin əvvəlində dünyanın neft paytaxtının siyasi, etnik və mədəni həyatı təsvir edilir. Əsərdə hadisələr Birinci Dünya Müharibəsindən sonra Azərbaycan, Gürcüstan və İranda baş verir. Müharibə, qırğınlar, iğtişaşlar fonunda Əli Xan Şirvanşirlə Nino Kipianinin məhəbbəti göstərilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri