İyn
2015
20:44
34
177
3035
Virtual karabakh

Nərgiz Paşayeva: Mənim peşəkar həyatımda yeni bir mərhələ başlayıb - FOTO

8 İyn, 2015
20:44
3035

Nərgiz Paşayeva: Mənim peşəkar həyatımda yeni bir mərhələ başlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Şərq ilə Qərb arasında birləşdirici körpü rolu oynayır”.

İyunun 6-da Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzi, Şərqşünaslıq İnstitutu və Qədim Antik Dövr Mərkəzi ilə birgə “Şərqi Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər” adlı elmi-praktik konfrans keçirilib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Nizami Gəncəvi Mərkəzinin ilk tədbirində Oksford Universiteti ilə yanaşı, Böyük Britaniyanın digər nüfuzlu təhsil ocaqlarının, eləcə də Avropanın bir sıra qabaqcıl universitetlərinin Yaxın Şərq və Qafqaz bölgəsi üzrə mütəxəssis alimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin direktorları professorlar Robert Hoyland və Nərgiz Paşayeva konfrans iştirakçılarını salamlayıb və Mərkəzin ilk tədbirinə tanınmış nüfuzlu alimlərin böyük maraq göstərmələrini yüksək dəyərləndiriblər.

Professor Nərgiz Paşayeva belə bir tədbirin keçirilməsindən məmnunluq duyduğunu bildirib:

“Artıq bir neçə ildir ki, mənim peşəkar həyatımda yeni bir mərhələ başlayıb. Bu, Oksford Universiteti ilə qurulan, rəsmi statusa malik və artıq universitetin bir hissəsi kimi qəbul olunan Nizami Gəncəvi adına Mərkəzin yaradılmasıdır.

Ümid edirəm ki, biz, Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin vasitəsilə Azərbaycan və onun yerləşdiyi bölgə haqqında dünyanın elmi ictimaiyyətində maraq doğuran bütün suallara cavab tapa biləcəyik”.

Professorlar Robert Hoyland və Nərgiz Paşayeva Oksford Universitetinin Şərqşünaslıq İnstitutunda keçirilən elmi konfransla bağlı təəssüratları barədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və Azərbaycan televiziyasına müsahibə veriblər. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri