İyn
2015
16:33
10
3
1359
Virtual karabakh

Heydər Əliyev Mərkəzində “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisi

9 İyn, 2015
16:33
1359

Heydər Əliyev Mərkəzində “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Açılış mərasimində Monako knyazı, Qreys Kellinin oğlu II Albert iştirak edəcək.

Heydər Əliyev Mərkəzində iyunun 12-dən dünyanın ən məşhur və unikal sərgilərindən biri açılır.

Mərkəzdən Oxu.Az-a verilən məlumata əsasən, “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisinin açılış mərasimində Monako knyazı, Qreys Kellinin oğlu II Albert iştirak edəcək.

Hollivud ulduzu və Monako şahzadəsi Qreys Kelliyə məxsus 200-dən çox şəxsi eksponat artıq Heydər Əliyev Mərkəzinə gətirilib. Bu eksponatlar sırasında həyatını avtomobil qəzasında itirən şahzadənin  sevimli avtomobilləri də var. Və bu avtomobillər ilk dəfə məhz Bakıda nümayiş olunacaq. 

Sərgidə Qreys Kellinin müxtəlif filmlərdə çəkiliş zamanı, eləcə də Monako şahzadəsi olduqdan sonra mərasimlərə geyindiyi libasları, onların hazırlanması tarixçəsi, həmçinin bu geyimlərlə bağlı maraqlı faktlar izləyicilərə çatdırılacaq. 

Qreys Kelliyə məxsus aksesuarlar sırasında onun sevimli ayaqqabıları, boyunbağıları, əlcəkləri, çantaları, eləcə də 1950-ci illərdə “Hermes” firmasının şahzadənin şərəfinə adlandırdığı “Kelli” çantası və digərləri var. 

Sərgidəki libaslar, Qreys Kellinin geyimləri və aksesuarları onun milyonların sevimlisinə və kumirinə çevrilməsinə səbəb olan xarakterini bir daha açmağa imkan verəcək. 

Heydər Əliyev Mərkəzində 3-cü mərtəbədə təşkil olunan sərgidəki şəxsi əşyaların qorunması üçün 40-dan çox mühafizəçi ayrılıb. 

Bir vaxtlar Qreys Kellinin “Mən köhnə paltarlarıma köhnə dostlarım kimi sədaqətliyəm” sözləri qəzet və jurnallarda sitata çevrilmişdi. Sərgi bu sözlərin müəllifi Qreys Kellinin timsalında sadəlik və stil ikonası olmağın sirlərini öyrənməyə imkan verəcək. 

“Qreys Kelli: şahzadə və stil ikonası” sərgisi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib.  Heydər Əliyev Mərkəzindəki bu sərgi ziyarətçilər üçün iyunun 13-dən noyabrın 1-dək açıq olacaq.  

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri