İyn
2015
14:38
3
5
1081
Virtual karabakh

“Muzeydə Gecə” intellektual istirahətin yeni hüdudlarını müəyyənləşdirdi - FOTO

9 İyn, 2015
14:38
1081

“Muzeydə Gecə” intellektual istirahətin yeni hüdudlarını müəyyənləşdirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gələcəkdə belə aksiyaların daha çox keçirilməsinə çalışacağıq”.

İyunun 6-da YARAT Müasir İncəsənət Mərkəzində “Muzeydə Gecə” adlı mövzu əhatəsi geniş olan tədbir keçirilib.

YARAT Müasir İncəsənət Mərkəzindən Oxu.Az-a daxil olan məlumata görə, əvvəldən xəbər verildiyi kimi, insanların diqqətini intellektual istirahət növünə cəlb etmək məqsədilə dünyanın bir sıra ölkələrində 40 ildən çoxdur ki, belə aksiyalar təşkil olunur. 

Bir aydan artıq idi ki, planlaşdırılan “Muzeydə Gecə” tədbiri barədə fəal surətdə sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində məlumatlar yayılırdı. Bu səbəbdən də səhərdən - saat 11-dən başlayaraq, iştirak etmək arzusu ilə adamların tədbir keçirilən yerə axışmağı təəccüblü deyildi.

“Muzeydə Gecə” tədbirinin proqramına yoqa, kulinariya, rəqslər, art-terapiya seansları, Bakının sirləri haqqında tarixi məruzə və başqa mövzular daxil idi. Tədbir gecə yarıdan keçənədək davam etdi.

YARAT Müasir İncəsənət Məkanının icraçı direktoru Fərid Abdullayev aksiya barədə bunları söyləyib: “Müasir incəsənəti təmsil edən kolleksiyalar və ekspozisiyaların nümayiş etdirildiyi mərkəzə bır sıra köməkçi xarakterli tədbirlərin vasitəsilə daha çox ziyarətçi cəlb etmək niyyətindəydik. Deyə bilərik ki, istəyimiz tam baş tutdu. Ustad dərslərində iştirak etdikdən sonra insanlar dağılışmadılar. Əksinə, məmnuniyyətlə bələdçilərimizin ekskursiyalarına yazılır və nümayiş olunan ekspozisiyayla maraqlanırdılar. Məqsədimizə nail olduq, bu isə o deməkdir ki, gələcəkdə belə aksiyaların daha çox keçirilməsinə çalışacağıq.” 

Tədbirdə iştirak etməyənlər YARAT Müasir İncəsənət Mərkəzinə çərşənbə axşamı-cümə günləri saat 11-dən 20-dək, şənbə günü saat 11-dan 23-ə, bazar günü isə saat 12-dan 20-dək baş çəkə bilərlər.  

Ünvan: Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanından yuxarıda, Dənizkənarı Milli Park (Bulvar) ərazisində.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri