10 
İyn
2015
14:50
81
23
4419
Virtual karabakh

Nizami Kino Mərkəzində pulsuz kino göstəriləcək

10 İyn, 2015
14:50
4419

Nizami Kino Mərkəzində pulsuz kino göstəriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Oyunları ilə əlaqədar.

İyunun 12-dən 28-dək Nizami Kino Mərkəzinin qapıları "Bakı-2015" İlk Avropa Oyunları ilə bağlı paytaxta gələn qonaqlara açıq olacaq. 

Oxu.Az xəbər verir ki, kinomərkəz repertuarına xarici dilə tərcümə olunmuş tam metrajlı milli bədii filmləri və idman mövzusunda qısametrajlı və sənədli filmləri daxil edib.

Milli bədii kinolentlər sırasında olan "Nabat", "Çölçü", "Girov", "Ovsunçu" , "Aktrisa", " İlahi məxluq" , "Hökmdarın taleyi", "40-cı qapı", "Axınla aşağı", "Dərvişin qeydləri", "Qafqaza qayıdış", "Sahə", "Niyyət", "Buta", sənədli və qısametrajlı filmlər sırasında "Keçmişə qaçış", "Səhra boksçusu" , "London səhnələri", "Səssiz idman", "Zirvədə həyat", "Oyundankənar ", "Qalib", "Oyun sevgisi", "Slec xokkey", "Valeri Brumel", "Təşəkkür edirəm doktor", "Top həm düşər, həm qalxar", "Həmişə analar günündə", " Çovqan", "Rəqs et" filmləri ingilis dilində subtitrlərlə təqdim olunacaq.

Filmlər iyunun 12-dən 28-dək hər gun saat 17:00-da Kinomərkəzin iki zalında pulsuz nümayiş olunacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri