10 
İyn
2015
14:55
11
1
1588
Virtual karabakh

Azərbaycanın xalçaları atletlər kəndində - FOTO

10 İyn, 2015
14:55
1588

Azərbaycanın xalçaları atletlər kəndində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərgidə qonaqların milli geyimlərdə şəkillərinin çəkilməsi də nəzərdə tutulub.

Avropa Oyunlarının Atletlər kəndində mədəniyyət və turizm mərkəzində Azərbaycan Xalça Muzeyinin sərgi salonu fəaliyyətə başlayıb. 

Muzeydən Oxu.Az-a daxil olan xəbərdə bildirilir ki, burada Azərbaycanın xovlu  xalçaları: “Suraxanı” XIX əsrin sonu. Bakı qrupu;  “Pirəbədil” XX əsr. Quba qrupu;  “Qobustan” XX əsrin əvvəli. Şirvan;  “Ağaclı” XIX əsrin sonu. Təbriz;  “Bəhmənli” XX əsrin əvvəli. Qarabağ; “Çələbi”  XX əsrin əvvəli. Qarabağ;  “Çıraqlı” XX əsrin əvvəli. Gəncə;     

Qarabağın xovsuz xalçası  “Cecim”  və  müxtəlif bölgələrimizi əks etdirən  xalça məmulatları xurcun, heybə, məfrəş, yəhər üstü; misgərlik sənət nümunələrindən: şərbət qabı, aftafa-ləyən, sərpuş, məcməyi, satıl, dolça sərgilənir. 

Bu eksponatlarla yanaşı sərgidə 2014-cü ildə YUNESKO –nun Qeyri Maddi-mədəni İrs Reprezentativ Siyahısına daxil olmuş Azərbaycan kələğayısı, zərgərlik sənət nümunələrindən  “Boğazaltı” XIX əsr. Bakı; “Aynalı kəmər”, XIX əsr. Qarabağ; “Başlıq” XIX əsr. Qarabağ; “Silsilə”  XIX əsr. Bakı; “Sinəbənd” XIX əsr. Naxçıvan; toqqa XIX əsr. Qarabağ; “Cütgü qabağı”   XIX əsr. Bakı;   misgərlik  nümunələrindən qənddan, çıraq, qazan, kasa, manqal, dəbbə;    bədii tikmələrdən bığ bağı, daraq qabı, araqçın;  milli geyimlərdən küləçə kimi eksponatların və Nizaminin “Xəmsə” əsərinin  miniatürlərinin    foto-şəkilləri sərgilənir. 

Sərgidə həmçinin, qonaqların arzularına uyğun  milli geyimlərdə şəkillərinin çəkilməsi də nəzərdə tutulub.  

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri