10 
İyn
2015
19:15
31
73
1280
Virtual karabakh

Bakı 2015 "Mədəniyyət 2015" proqramını açıqladı

10 İyn, 2015
19:15
1280

Bakı 2015 "Mədəniyyət 2015" proqramını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Qonaqlarımızı çoxsaylı tədbirlərdə iştirak etməyə dəvət edirəm”.

Bakı 2015 Avropa Oyunları "Mədəniyyət 2015" proqramını açıqlayıb.

Bakı 2015 Əməliyyat Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu gün, Bakı 2015 Avropa Oyunları, Azərbaycanın özünəməxsus zəngin mədəniyyətini nümayiş etdirmək məqsədilə iyunda Bakıda təşkil olunacaq "Mədəniyyət 2015" tədbirlər proqramını açıqlayıb. 

"Mədəniyyət 2015" proqramı Azərbaycanın birinci xanımı və Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dəstəyi ilə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və bir sıra müstəqil mədəni mərkəzlərin əməkdaşlığı ilə hazırlanıb. 

Proqram Azərbaycan mədəniyyəti tarixinin üzərində cəmlənir. Şərqlə qərbin kəsişdiyi nöqtədə yerləşməsi qədim tarixi məkanların, muğam, klassik və caz musiqisi, opera, rəqs və teatr, milli və müasir incəsənət əsərlərinin böyük toplusunun daxil olduğu unikal irsin yaranması ilə nəticələnib. 

Azərbaycanın gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov bildirib ki, Birinci Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün böyük şərəfdir və gənc ölkəmizə öz zəngin mədəniyyətini və qonaqpərvərliyini nümayiş etdirmək üçün mükəmməl imkan yaradır. 

"Buraya gələnlərin möhtəşəm mədəni mərkəzlərimizi gəzmək və Oyunlar boyunca gerçəkləşəcək genişmiqyaslı tədbirlərə tamaşa etmək şansı əldə etmələrindən məmnunam”, - deyə nazir əlavə edib.

Bakı 2015, Bakının əsas mədəni obyektləri və baş tutacaq tədbirlər və sərgilər haqqında ətraflı məlumat verən müfəssəl "Mədəniyyət 2015" broşürasını hazırlamaq üçün öz tərəfdaşları ilə əməkdaşlıq edib. Bu məkanlara UNESCO-nun Dünya İrsi siyahısına salınmış tarixi İçərişəhər və Qobustan dövlət qoruğu, həmçinin, Dövlət Opera və Balet Teatrı, yenicə təmirdən çıxmış Milli İncəsənət Muzeyi, yeni tikilmiş Xalça Muzeyi və Heydər Əliyev Mərkəzi daxildir. 

Mədəniyyət mərkəzlərinin hamısı, Avropadan və dünyanın müxtəlif yerlərindən gəlmiş rəssamların və musiqiçilərin proqramı ilə yanaşı, Azərbaycanın tarixinə və mədəniyyətinə nəzər salmaq imkanı yaratmaqla Oyunlar zamanı tədbirlər və sərgilər silsiləsi təqdim edəcək. 

Azərbaycanın mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayev isə bildirib ki, "Mədəniyyət 2015" proqramı ölkəmizə gələnlərə şəhərimizin mədəniyyətinin qeyri-adi müxtəlifliyini nümayiş etdirmək üçün təşkil olunub. 

"Bu proqramın onları əyləndirəcəyinə, məlumatlandıracağına və ruhlandıracağına əminəm. Bütün qonaqlarımıza Bakıda vaxtlarını xoş keçirməyi arzu edir və təqdim olunan çoxsaylı tədbirlərdə iştirak etməyə dəvət edirəm”.

Qeyd edək ki, içində xəritələr, bilet və praktik məlumatın olduğu broşüralar pulsuzdur və onları otellər, mədəni obyektlər, eləcə də şəhərin müxtəlif bilet satış məntəqələrindən əldə etmək mümkündür.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri