11 
İyn
2015
10:39
10
4
1235
Virtual karabakh

Virtuoz Heydər Əliyev Mərkəzində konsert verdi - FOTO

11 İyn, 2015
10:39
1235

Virtuoz Heydər Əliyev Mərkəzində konsert verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Roma Papası Elvini ordenlə təltif edib.

İyunun 10-da Heydər Əliyev Mərkəzində klassik musiqi gecəsi keçirilib. 

Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, konsertdə gənc virtuoz skripka ifaçısı Elvin Qəniyev Niyazi adına simfonik orkestrin müşayiəti ilə çıxış edib.

Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə bir saatadək davam edən proqramda E.Qəniyev tamaşaçılara görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin skripka üçün konsertini təqdim edib.

E.Qəniyev 1997-ci il noyabrın 25-də Ankarada musiqiçi ailəsində dünyaya gəlib. Azərbaycanın xalq artisti Sərvər Qəniyevin nəvəsi olan Elvin beş yaşından skripkada ifa etməyə başlayıb. O, Bilkənt Universiteti nəzdindəki Musiqi Məktəbini bitirib.

E.Qəniyev 2006-cı ildə Moskvada keçirilən "Klassik irs" beynəlxalq müsabiqəsində birincilik, 2007-ci ildə skripkaçılar arasında Gülden Turalı adına müsabiqədə birincilik və türk bəstəkarın əsərini ən yaxşı ifaya görə xüsusi mükafat qazanıb.

2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə E.Qəniyevin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na salınıb və o, Prezident təqaüdünə layiq görülüb.

E.Qəniyev həmçinin Polşada gənc skripkaçıların K.Lipinski və Q.Venyavski adına XI beynəlxalq müsabiqəsinin (2009), İspaniyada keçirilən "Madrid gecələri" II beynəlxalq müsabiqə-festivalın, İsveçrədə gənc musiqiçilərin P. Çaykovski adına VII beynəlxalq müsabiqəsinin (2012), D. Oystrax adına Moskva beynəlxalq müsabiqəsinin (2013) laureatı olub. 2010-cu ildə isə Roma Papası Elvini ordenlə təltif edib.

O, Azərbaycan, Rusiya, Fransa, Almaniya, Yunanıstan, Polşa, İsveçrə, Belarus və digər ölkələrdə keçirilən bir sıra nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Avstriya, Fransa, İsveçrə, Azərbaycan, Rusiya, İspaniya, Gürcüstan, Albaniya, Qazaxıstan, Böyük Britaniya, Belçika, Çexiya, Norveç, Belarus, Almaniya, İtaliya və Misirdə solo-konsertlər verib.

Konsert barədə təəssüratlarını bölüşən E.Qəniyev Azərbaycanda, Heydər Əliyev Mərkəzində çıxış etməkdən böyük qürur hissi duyduğunu bildirib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri