29 
İyn
2015
15:19
40
54
2539
Virtual karabakh

Bakıda “Nobel qardaşları” haqqında film çəkilir

29 İyn, 2015
15:19
2539

Bakıda “Nobel qardaşları” haqqında film çəkilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aktyor Azər Aydəmir baş rolu - Robert Nobeli canlandırır.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Nobel qardaşları” şirkətinin Bakıdakı fəaliyyətindən bəhs edən qısametrajlı film çəkilir.

Oxu.Az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, “Postskriptum” adlı ekran əsərinin ssenari müəllifi Ramiz Fətəliyev və Emin Mirabdullayev, rejissoru Emin Mirabdullayev, operatoru Əli Sultan, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə aktyor Azər Aydəmir baş rolu - Robert Nobeli canlandırır. Əməkdar artistlər Ayşad Məmmədov, Eldar Bağırbəyov və digərləri də filmdə  rol alıblar.

Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.  

E.Ə.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri