İyl
2015
18:17
109
29
4435
Virtual karabakh

Nazir iki şöbə müdirini işdən azad etdi

7 İyl, 2015
18:17
4435

Nazir iki şöbə müdirini işdən azad etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əbülfəs Qarayev iclas keçirdi.

Bu gün Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

İclasda nazir Əbülfəs Qarayev gündəlik barədə məlumat verib və bir neçə şəhər və rayon mədəniyyət və turizm şöbəsində nazirlik tərəfindən aparılan yoxlamaların nəticələrinin müzakirə olunacağını diqqətə çatdırıb.

İlk olaraq Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərlinin məruzəsi dinlənilib.

Sektor müdiri şöbənin şəbəkəsinə daxil olan müəssisələrin fəaliyyəti və yoxlama zamanı Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, musiqi və incəsənət məktəblərinin fəaliyyətində aşkar edilən nöqsanlar barədə məlumatı kollegiya iştirakçılarının diqqətinə çatdırıb.

Məruzə dinlənildikdən sonra şöbə və onun tabeliyindəki müəssisələrin rəhbər işçiləri barədə kollegiya qərar qəbul edib. Şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədovun tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

Şöbənin məsləhətçisinə, MKS-nin, musiqi və incəsənət məktəbləri və muzeyin direktorlarına töhmət elan edilib və nöqsanların aradan qaldırılması üçün onlara 3 ay vaxt verilib.

Sonra Ağdam və Cəlilabad rayon mədəniyyət və turizm şöbələri ilə bağlı məsələyə baxılıb.
Nazir Əbülfəs Qarayev hər iki rayonda aparılan yoxlamalarla bağlı təqdim edilən arayışlarda şöbələrin fəaliyyəti ilə bağlı ciddi qüsurların qeyd olunduğunu bildirib.

Müzakirələrdən sonra kollegiyanın qərarı ilə Ağdam Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şahin Qasımova töhmət elan olunub.

Cəlilabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyevin işdə ciddi nöqsanlara, kadrların yerləşdirilməsində qanunsuz hərəkətlərə yol verdiyi qeyd edilərək tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

Kollegiya iclasının sonunda müzakirə olunan məsələlər, qeyd olunan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri