11 
İyl
2015
14:48
21
9
1475
Virtual karabakh

Azərbaycanlı ifaçı ABŞ-da beynəlxalq müsabiqədə birinci oldu

11 İyl, 2015
14:48
1475

Azərbaycanlı ifaçı ABŞ-da beynəlxalq müsabiqədə birinci oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müsabiqəyə bir çox ölkələrdən musiqiçilər qatılıb.

Azərbaycanlı qanun ifaçısı Natəvan Həsənova ABŞ-da keçirilən “American Protege International Concerto Competition 2015” beynəlxalq müsabiqəsində professional musiqiçilər kateqoriyada birinci yerə layiq görülüb. Musiqiçimiz müsabiqədə ən yüksək performansa görə də mükafatlandırılıb.

Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlıumata görə, Natəvan Həsənova bildirib ki, Nyu-York şəhərindəki “Carnegie Hall”da reallaşan müsabiqəyə bir çox ölkələrdən musiqiçilər qatılıb.

Qeyd edək ki, Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında qanun müəlliməsi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının solistidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri