13 
İyl
2015
23:33
120
33
2924
Virtual karabakh

Polad Bülbüloğlunun “Slavyan bazarı”nın Ulduzlar Xiyabanında ulduzu – FOTO

13 İyl, 2015
23:33
2924

Polad Bülbüloğlunun “Slavyan bazarı”nın Ulduzlar Xiyabanında ulduzu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən əlbəttə ki, hər il bura gələcəyəm”.

Belarusun Vitebsk şəhərində “Slavyan bazarı” festivalına yekun vurulur. 

Oxu.Az xəbər verir ki, festivalın bağlanış günü Ulduzlar Xiyabanında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ulduzu parlayıb.

“Nəzərə alsaq ki, burada mənim ulduzum var, mən əlbəttə ki, hər il bura gələcəyəm, hətta məni dəvət etməsəz belə. Çünki mən burada ulduzuma baş çəkməliyəm. Çox sağ olun, yeni görüşlərədək!” – Bülbüloğlu deyib.  

Qeyd edək ki, Ulduzlar Xiyabanının əsası 2009-cu ildə  qoyulub. Xiyabanda tanınmış bəstəkarlar Andrey Petrov və Aleksandra Paxmutova, müğənnilər Sofiya Rotaru, Alla Puqaçova, Valeri Leontyev, Vladimir Mulyavin, Edita Pyexa, Lev Leşşenko, İqor Luçenok və Nadejda Babkinanın ulduzları var.  

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri