15 
İyl
2015
18:06
13
5
2404
Virtual karabakh

Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı başlayır

15 İyl, 2015
18:06
2404

Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ciddi hazırlıq işləri görülür.

2015-ci ilin 25-31 iyul tarixində Qəbələ şəhərində növbəti musiqi bayramı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşən mədəniyyət layihələri sırasında artıq ənənəyə çevrilmiş Qəbələ musiqi festivalının xüsusi yeri var. 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festival dünyanın müxtəlif ölkələrindən tanınmış kollektivləri, solist və dirijorları bir araya gətirir.

Builki Qəbələ VII Beynəlxalq Musiqi Festivalının proqramı da zəngindir. Festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya və Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - İtaliya Simfonik Orkestri, “Moskva virtuozları” kamera orkestri, Avstriya Vayner Akademiyasının kamera ansamblı, “Flamenko” ansamblı, “Dubrovnik Guitar Trio”, Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqaları iştirak edəcəklər.

Hazırda festivalın keçiriləcəyi ərazidə musiqi bayramına ciddi hazırlıq işləri görülür. Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların birgə səyi ilə Qəbələnin küçələrində, park və bağlarında abadlıq işləri həyata keçirilir, gecə işıqlandırma sistemi qaydaya salınır, şəhərdə səliqə-sahman yaradılır.

Festivalın proqramına uyğun olaraq açıq hava altında keçiriləcək konsertlər üçün səhnə quraşdırılacaq. Bəzi konsertlər isə “Qafqaz Resorte” hotelində keçiriləcək. 25 iyul saat 18.00-da Kamera zalında “Vayner Akademiya” kamera orkestrinin konserti (Avstriya)

25 iyul saat 21.00-da Açıq səhnədə Qəbələ VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı. İtaliya Simfonik orkestrinin konserti

26 iyul saat 12.00-da Kamera zalında Kamera konsertinin Nəfəs alətləri kvinteti

26 iyul saat 18.00-da Kamera zalında Vokal və fortepiano musiqisi konserti

26 iyul saat 21.00-da Açıq səhnədə İtaliya Simfonik orkestrinin konserti

27 iyul saat 16.00-da Kamera musiqisi konserti

27 iyul saat 18.00-da Kamera zalında Kamera musiqisi konserti

27 iyul Açıq səhnədə “Flamenko” ansamblı (İspaniya)

28 iyul saat 18.00-da Kamera konserti

28 iyul saat 21.00-da Açıq səhnədə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti

29 iyul saat 12.00-da Kamera zalında Kamera konserti Gitara triosu (Dubrovnik)

29 iyul saat 18.00-da Açıq səhnədə Kamera konserti

29 iyul saat 21.00-da Açıq səhnədə Muğam konserti

30 iyul saat 12.00-da Kamera zalında Kamera konserti Skripka və fortepiano üçün sonatalar

30 iyul saat 18.00-da Kamera zalında Kamera konserti

30 iyul saat 21.00-da Açıq səhnədə “Moskva virtuozları” kamera orkestrinin konserti

31 iyul saat 18.00-da Kamera zalında Kamera konserti

31 iyul saat 21.00-da Açıq səhnədə Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bağlanışı

“Moskva virtuozları” kamera orkestrinin konserti

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri