16 
İyl
2015
15:00
26
6
1180
Virtual karabakh

Alim Qasımov Polşada musiqi festivalında çıxış edəcək

16 İyl, 2015
15:00
1180

Alim Qasımov Polşada musiqi festivalında çıxış edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İfa zamanı həmvətənlərimizi polşalı qrup müşayiət edəcək.

İyulun 17-də xalq artisti Alim Qasımov və sənətkarın qızı əməkdar artist Fərqanə Qasımova Polşaya yola düşəcək.

Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a xalq artistinin mətbuat xidmətinin rəhbəri Səadət Möhübbətova məlumat verib.

Onun sözlərinə görə iyulun 18-də sənətkarlar Polşada keçiriləcək “Jarocin 2015” musiqi festivalında çıxış edəcəklər. Festival çərçivəsində muğam ifaçılarımızın Polşanın “Vovo” musiqi qrupu ilə birgə çıxışı və müxtəlif musiqi nömrələrinin səsləndirilməsi planlaşdırılır. “Vovo” qrupunun iki mahnısını duet şəkilində oxuyan xanəndəmizin ifası qrupun son diskində yer alıb. Bu səbəbdən qrupun solistləri “Jarocin 2015” festivalı ərəfəsində Alim Qasımovla bu mahnıları canlı ifa etmək istəyiblər. İfa zamanı həmvətənlərimizi polşalı qrup müşayiət edəcək.

Qeyd edək ki, Alim Qasımovun növbəti konsert proqramı avqust ayında Malayziyada reallaşacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri