21 
İyl
2015
12:37
55
37
2777
Virtual karabakh

Kannda təşkil olunan atəşfəşanlıq şousu – FOTO + VİDEO

21 İyl, 2015
12:37
2777

Kannda təşkil olunan atəşfəşanlıq şousu – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondu məlumat yaydı.

Azərbaycan iyulun 14-də Kannda başlayan ənənəvi “Pirotexnika sənəti” festivalında çıxış edib.

Festival “Bakı Atəşfəşanlıq Qrupu”nun şousu ilə başlayıb.

Qeyd edək ki, ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi ilə bu festivalda 2013-cü ildən iştirak edir. Builki atəşfəşanlıq isə həm də müsabiqə xarakterli olması ilə seçilir.

Fonddan Oxu.Az-a verilən məlumata görə, “Bakı Atəşfəşanlıq Qrupu”nun 25 dəqiqəlik şousunun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə  müşayiət olunması böyük maraqla qarşılanıb.

Tədbir iştirakçıları və Kruazett bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında möhtəşəm şounun şahidi olublar.

Kannda avqustun 24-dək davam edəcək “Pirotexnika sənəti”  atəşfəşanlıq müsabiqəsində Azərbaycanla yanaşı, Polşa, Fransa, İngiltərə və Argentina da iştirak edir.

Azərbaycanın müsabiqədə təqdim olunan şousunun videosu festivalın saytında yayımlanıb. Bu möhtəşəm çıxışın-25 dəqiqə ərzində Azərbaycanın zəngin musiqisinin müşayiəti ilə minlərlə izləyicinin izlədiyi şounun videosunu sizə təqdim edirik. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri