24 
İyl
2015
15:17
58
11
2048
Virtual karabakh

“Milan Expo 2015”də Azərbaycan “Milli günü” – FOTO + VİDEO

24 İyl, 2015
15:17
2048

“Milan Expo 2015”də Azərbaycan “Milli günü” – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərgi oktyabrın 31-dək davam edəcək.

“Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonu qısa müddət ərzində bura gələn ziyarətçilərin böyük marağına səbəb olub.

Mayın 1-dən açılan Ümumdünya sərgisində milli pavilyonumuzu 1 milyondan çox adam ziyarət edib. Pavilyonun dizayn və məzmun tərtibatı Azərbaycanla hərtərəfli tanışlıq imkanı yaradır.

Oxu.Az xəbər verir ki, 4 mərtəbəli pavilyonda ziyarətçilərə Azərbaycanın coğrafi mövqeyi, təbiəti, tarixi, mədəniyyəti, insanları, adət-ənənəsi, turizm imkanları barədə interaktiv formada geniş məlumat verilir.

Hər gün minlərlə insanın növbə gözləyərək pavilyonla tanış olmaq arzusu Azərbaycana və milli pavilyona marağı əks etdirir. Azərbaycana virtual olaraq havadan, sudan, qurudan səyahət, milli musiqi alətləri ilə interaktiv tanışlıq, Azərbaycanın flora və faunasının rəngarəngliyini əks etdirən bağça və digər bölmələr pavilyonda ölkəmizi öz xüsusiyyətləri ilə görüb-tanımağa imkanlar yaradır.

İyulun 9-da milli pavilyonda təşkil edilən “Milli gün” isə ziyarətçilərin böyük marağına səbəb olub. “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

“Milli gün” çərçivəsində, həmçinin Azərbaycan incəsənət ustalarının çıxışı təşkil olunub.

Qeyd edək ki, “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonu Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

Sərgi oktyabrın 31-dək davam edəcək. Bu müddətdə Milana səfər zamanı “Expo 2015”in incisi sayılan Azərbaycan pavilyonunu görmək fürsətini qaçırmayın!

“Milli gün”dən hazırlanan videomaterialı sizə təqdim edirik:

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri