25 
İyl
2015
16:05
130
21
2280
Virtual karabakh

Azərbaycanlı rejissor Rusiyada mükafata layiq görülüb - FOTO

25 İyl, 2015
16:05
2280

Azərbaycanlı rejissor Rusiyada mükafata layiq görülüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onun ekranlaşdırdığı “Mən qayıtdım” filmi festivalda iştirak edir.

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan həmyerlimiz rejissor Mahir Canas Sankt-Peterburq Dövlət Kino və Televiziya İnstitutunun diplom və medalı ilə təltif olunub.

Oxu.Az xəbər verir ki, o, bu mükafata il ərzində səmərəli fəaliyyətinə, institutun elmi, mədəni və ictimai həyatında fəal iştirak etdiyinə görə layiq görülüb.

Diplom və medalı rejissora institutun prorektoru Oksana Anatolyevna Lariçeva təqdim edib.

Qeyd edək ki, rejissorun Rusiyada sosial dram janrında ekranlaşdırdığı “Mən qayıtdım” bədii filmi “Avropaya pəncərə” Rusiya film festivalında iştirak edir və qalib olmağa çox yaxındır. Rusiya istehsalı olan bu film “Lenfilm” və “Triiks Media!” kinostudiyalarının dəstəyi ilə “Prospekt Studiya” və “Parom Film” tərəfindən çəkilib.

Bu filmə səs vermək üçün http://www.okno-filmfest.ru/index.php?area=1&p=static&page=igr linkinə daxil olmaq lazımdır. Filmin sıra nömrəsi 65-dir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri