29 
İyl
2015
17:43
24
6
1957
Virtual karabakh

“Nabat” filmi Almaniyada beynəlxalq festivalda - FOTO

29 İyl, 2015
17:43
1957

“Nabat” filmi Almaniyada beynəlxalq festivalda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov canlandırıblar.

İyulun 29-da Almaniyanın Ştarnberq şəhərində 9-cu “Fünf Seen” (“Beş göl”) beynəlxalq müstəqil film festivalı işə başlayır. Festivalın müsabiqə proqramına Azərbaycandan rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi də daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, avqustun 9-dək davam edəcək festivalda Hindistan, Rusiya, Türkiyə, Kanada və digər ölkələrdən filmlər yer alıb. “Nabat” bədii filmi festivalda avqustun 6-da nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.

Qeyd edək ki, bu il “Nabat” filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq film festivalında təqdim olunub və üç mükafata layiq görülüb. Bundan əlavə, ekran əsəri bu il Hindistanda 13-cü Pune film festivalında, İranda 33-cü Fəcr kinofestivalında mükafatlar qazanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri