Avq
2015
18:57
18
9
1084
Virtual karabakh

Əbülfəs Qarayev italiyalı nazirlə görüşdü – FOTO

3 Avq, 2015
18:57
1084

Əbülfəs Qarayev italiyalı nazirlə görüşdü – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəni irs və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

31 iyul - 01 avqust tarixlərində İtaliyanın Milan şəhərində keçirilən “Milan Expo 2015” sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, konfrans çərçivəsində avqust 1-də mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyət və Turizm Naziri Dario Francesçini ilə görüşüb.

Görüş zamanı  Azərbaycan Respublikası və İtaliya Respublikası arasında mədəni irs və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir cənab Əbülfəs Qarayev konfransın əhəmiyyətini xüsusi vurğulayıb və 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək  Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu zamanı da bu mövzuların müzakirə ediləcəyini bildirib. Həmçinin nazir Əbülfəs Qarayev Dario Francesçini Forumda iştirak etməyə dəvət edib.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri