Avq
2015
16:49
16
7
1079
Virtual karabakh

“Baku Guide” bələdçi kataloqunun növbəti sayı - FOTO

4 Avq, 2015
16:49
1079

“Baku Guide” bələdçi kataloqunun növbəti sayı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan bizə vəd etdiyindən də daha yüksək səviyyədə oyunlar təqdim etdi”.

Azərbaycan bizə vəd etdiyindən də daha yüksək səviyyədə oyunlar təqdim etdi. “Bakı-2015” Əməliyyat Komitəsi peşəkar əməkdaşların dəstəyi ilə böyük işin öhdəsindən layiqincə gəldi.

Oxu.Az xəbər verir ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bu fikirləri “Baku Guide” bələdçi kataloqunun yeni sayında yer alıb.

O, ölkəmiz, qonaqpərvər xalqımız və artıq tarixə çevrilmiş ilk Avropa Oyunları haqqında xoş təəssüratlarını bölüşür.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən bələdçi kataloqunun iyul-avqust sayı paytaxtımızın qonaqları və aktiv istirahət həvəskarı olan şəhər sakinləri üçün maraq doğuracaq informasiyalar, müxtəlif mövzularda yazılar, təqdimat xarakterli materiallarla zəngindir. Ölkəmizin mədəni həyatının yeni ənənələrindən olan və bu il yeddinci dəfə keçirilən, Azərbaycana təşrif buyuran turistlərin diqqətini çəkən Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında yazı da bu qəbildəndir.

Yay mövsümü nəzərə alınaraq respublikamızın turizm imkanları, sağlamlıq, çimərlik və digər turizm növləri, müxtəlif turist marşrutları barədə materiallara “Baku Guide”in bu sayında geniş yer verilib. Bu mövzuda yazılar qızmar yay günlərində həm şəhər sakinlərinə, həm də qonaqlara maraqlı və faydalı seçimlər etmək imkanı yaradır.

“Bakı-2015” Avropa Oyunlarının qonaqlarının zəngin təəssüratlarından da aydın olur ki, Azərbaycan mənalı, rəngarəng istirahəti həvəskarları üçün gözəl məkan, “Baku Guide” isə onlar üçün ən yaxşı bələdçidir. Turistlər bu nəşrdən faydalanaraq öz zövqlərinə müvafiq tədbirləri seçə, şəhərin dəbdəbəli hotel və restoranlarında qonaq ola, mədəniyyət ocaqlarına baş çəkə bilərlər.

Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə yerli və xarici filmlərin həvəskarları da diqqətdən kənarda qalmayıb. “Afişa” bölməsində paytaxtın aparıcı kino nümayişi mərkəzlərinin yayımladıqları filmlər haqqında qısa məlumatlar verilib.

Ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı əlamətdar günlərə xüsusi yer ayıran kataloqda bu dəfə 2 avqust – Azərbaycan Kinosu Gününün tarixinə qısa nəzər salınır.

“Azərbaycan mətbəxi” rubrikasında oxucular bu yay günlərinin əvəzsiz neməti olan doğramacın resepti ilə tanış olacaqlar.

“Turistlər üçün informasiya” bölməsində onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi və s. barədə məlumatlar yer alıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri