Avq
2015
17:02
44
2
1924
Virtual karabakh

Fidan Qasımova Böyük Britaniyada sertifikata layiq görüldü

7 Avq, 2015
17:02
1924

Fidan Qasımova Böyük Britaniyada sertifikata layiq görüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

100 il tarixi olan kitaba xalq artistinin də adı yazılacaq.

Azərbaycanın və SSRİ-nin xalq artisti Fidan Qasımova Böyük Britaniyada sertifikata layiq görülüb.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Fidan Qasımovanın sənəti bu dəfə Böyük Britaniyada yüksək qiymətləndirilib. İngiltərənin paytaxtı Londonda 100 il tarixi olan “Beynəlxalq Lüğət” adlı kitaba xalq artistinin də adı yazılacaq. Altı mindən çox insanın bioqrafiyasının yer aldığı tarixi nəşrdə budan sonra azərbaycanlı sənətçinin də bioqrafiyasına rast gəlmək mümkün olacaq.

Bənzərsiz opera müğənnisi Fidan Qasımovanın adının yer alacağı kitab 38-ci nəşrdir. Onun adının bu sıraya salınmasının təşəbbüskarı isə İnternational Biografial Certificate-nin (Böyük Beynəlxalq Bioqrafiya Mərkəzi) direktoru Nicolas Lou olub.

Bu təkcə ifaçı üçün yox, eləcə də bütün Azərbaycan üçün böyük uğurdur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri