11 
Avq
2015
14:55
25
2
1730
Virtual karabakh

“28 Cinema”da eksklüziv nümayiş olacaq – VİDEO

11 Avq, 2015
14:55
1730

“28 Cinema”da eksklüziv nümayiş olacaq – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Serial həvəskarları unikal imkan əldə edəcəklər.

“28 Cinema” eksklüziv olaraq böyük ekranda “Klub Vinks – Cadugarlar məktəbi”nin yeddinci mövsümünün başlanmasını təqdim edir.

Oxu.Az xəbər verir ki, Vinks pəriləri yeni sınaqlar ilə qarşılaşacaqlar: bu dəfə onlar Nağıl Heyvanları təhlükəli və qəzəbli Kalşar və onun qardaşı, cadugar Brafiliusdan xilas etmək üçün Sehirli Kainata (həmçinin yer kürəsinə) səyahətə yollanacaqlar. Vinks pəriləri Batterfliks gücü ilə təmin olunacaqlar, hansının ki, köməyi sayəsində onlar altı Sehrli Heyvanlar ilə dostlaşacaqlar.  

Serial həvəskarları ilk üç seriyanı televiziyada yayımdan əvvəl izləmək üçün unikal imkan əldə edəcəklər. Qeyd edək ki, serialın eksklüziv nümayiş hüququ yalnız məhdud sayda kinoteatrda təqdim olunub. Azərbaycanda isə bu hüquq yalnız “28 Cinema”ya verilib.   

Nümayişlər yalnız 15,16,29 və 30 avqust tarixlərində keçiriləcək. Biletlərin sayı məhduddur.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Cappuccino coffee house” və “Blackberry”  restoranı yerləşir.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri