11 
Avq
2015
15:48
21
222
25776
Virtual karabakh

Xalq artistinin ayağı amputasiya olundu - FOTO

11 Avq, 2015
15:48
25776

Xalq artistinin ayağı amputasiya olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, iki dəfə infarkt keçirib.

Bir neçə gün əvvəl səhhəti pisləşən xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub. 

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, həkimlər uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkən aktyorun yaxşılaşması üçün başqa çarə tapmayıblar.

Vəziyyəti pisləşən xalq artisti avqustun 6-də Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilmişdi. Cərrahiyyə əməliyatı da orada həyata keçirilib. 

Muxtar Maniyevin sol ayağı topuq nahiyəsindən kəsilib. Həkimlər aktyorun barmağında yaranan qaralmanın qanqrena olduğunu dəqiqləşdirdikdən sonra, əməliyyatı vacib hesab ediblər. Əks halda qanda zəhərlənmə baş vermə təhlükəsi ola bilərdi ki, bu da yuxarı ətrafların sıradan çıxmasına gətirib çıxarardı. 

80 yaşlı Muxtar Maniyev uzun illərdir yüksək şəkər və qan təzyiqindən əziyyət çəkirdi. İki dəfə infarkt keçirib. 

1935-ci ildə Bakıda doğulan xalq artisti 40 ildən Azərbaycan kinosuna xidmət edib. Yaradıcılığı dövründə 157 filmdə, 20 tamaşada rol alıb. 

Muxtar Maniyev 50 yaşında əməkdar, 65 yaşında xalq artisti adına layiq görülüb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri