17 
Avq
2015
11:18
17
176
6655
Virtual karabakh

Habil Əliyev süni nəfəs aparatına qoşuldu

17 Avq, 2015
11:18
6655

Habil Əliyev süni nəfəs aparatına qoşuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həkimlər bizə dedilər ki...”.

Səhhətində yaranan problemlərə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Azərbaycanın görkəmli kaman ustası, xalq artisti Habil Əliyevin vəziyyəti nisbətən normalaşıb. 

Oxu.Az xəbər verir ki, bunu report.az-a kaman ustasının həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. 

Onun sözlərinə görə, dünən gecə gözlərini açan Habil Əliyev, əllərini tərpədib.

Ş.Əliyeva qeyd edib ki, Habil Əliyevin vəziyyəti iki gün əvvəl kəskin şəkildə pisləşdiyi üçün Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər:

“Habil, 10 gün Səhiyyə Nazirliyinin nəzarəti altında evdə müalicə olundu. Amma son günlər vəziyyəti qəfildən kəksin pisləşdi, evə müalicə mümkün olmadı və xəstəxanaya yatırmalı olduq. Dünən gecə süni nəfəs aparatına qoşublar. Həkimlər bizə dedilər ki, dünən gecə gözlərini açıb və əllərini tərpədib. Bu da yaxşı nəticəyə işarədir. Ümid edirik ki, yaxşı olacaq”. 

Həyat yoldaşı deyib ki, Habil Əliyevi müayinə etmək üçün bu gün Türkiyədən həkim gətiriləcək:

“Dövlətimiz sağ olsun. Habilin müalicəsi Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir. Xəstəxananın bütün personalı Habil Əliyevə diqqət edir. Hər birinə ailəmiz adından minnətdarıq”.

Xatırladaq ki, 88 yaşlı xalq artisti, kaman ustası H.Əliyev ürək və ağciyər xəstəliyindən əziyyət çəkir. O, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri