20 
Avq
2015
09:28
14
132
3944
Virtual karabakh

Lev Durov vəfat etdi

20 Avq, 2015
09:28
3944

Lev Durov vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onun 83 yaşı vardı.

Aktyor Lev Durov bu gün Moskvada vəfat edib. 

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti”yə aktyorun qızı Yekaterina Durova məlumat verib. 

“Lev Konstantinoviç bu gün gecə birə 10 dəqiqə qalmış vəfat edib”,  - o deyib. 
 
Durovun xəstəxanaya yerləşdirilməsi barədə xəbər avqustun 7-də yayılmışdı. Onun vəziyyəti olduqca ağır qiymətləndirilirdi. 

Durovun vəziyyəti nisbətən yaxşılaşandan sonra həkimlər ona ağır sətəlcəm xəstəliyi diaqonoz etmişdilər. 

SSRİ xalq artisti Lev Durov 1931-ci ildə anadan olub. Moskva Bədii Akademik (MXAT) Teatrının məktəbini bitirəndən sonra o, Mərkəzi uşaq teatrında, daha sonra isə Lenin komsomolu adına teatrda işləyib. 1967-ci ildən etibarən Durov Moskvanın Maloy Bronnoydakı teatrında çalışıb. Lev Durov kinoda 1954-cü ildəm çəkilməyə başlayıb və 160-dan şox rol oynayıb.   

Lev Durov həmçinin məşhur “Qorxma, mən səninləyəm!” ikiseriyalı bədii filmdə əsas rollardan birini - San Sanıçı oynayıb. 
 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri