29 
Avq
2015
10:45
113
32
3059
Virtual karabakh

Belarusun məşhur portalı Azərbaycandan yazdı

29 Avq, 2015
10:45
3059

Belarusun məşhur portalı Azərbaycandan yazdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Turizm potensialına dair məqalədə qeyd olunur ki...

Ölkəmizin turizm potensialının xarici nəşriyyatlarda təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və “National Geographic Azerbaijan”ın birgə təşkilatçılığı ilə “National Geographic” jurnalının nəşr edildiyi ölkələrin fotoqraf və jurnalistlərindən ibarət 2 qrup cari ilin iyul ayında ölkəmizə tanışlıq səfərləri etmişlər. 

Mədəniyyət və Turizm Nazirliyindən Oxu.Az-a bildiriblər ki, layihə çərçivəsində “National Geographic” jurnalının Macarıstan, Hindistan, Koreya, Çin, İsrail, Ukrayna, Gürcüstan, Belarus, İran, Rusiya nümayəndəliklərinin əməkdaşları Azərbaycana gəlmiş və burada fotoreportaj hazırlamışlar. 

Qonaqlar paytaxt Bakı ilə yanaşı Naftalan, Qəbələ, Şəkiyə  səfər etmiş və bu regionların turizm potensialı ilə yaxından tanış olmuşlar. 

Səfər nəticəsində toplanan materiallar Belarusun məşhur traveling.by portalında yerləşdirilmişdir. Məqalə ilə aşağıda göstərilən link vasitəsilə tanış olmaq mümkündür:

http://traveling.by/news/item/1532

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri