18 
Sen
2015
18:10
10
8
1712
Virtual karabakh

Azərbaycan və Tailand arasında əməkdaşlıq görüşü keçirildi

18 Sen, 2015
18:10
1712

Azərbaycan və Tailand arasında əməkdaşlıq görüşü keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müzakirələr aparıldı.

17 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Tailand Krallığının ölkəmizdə akkreditə olunmuş fövqəladə  və səlahiyyətli səfiri Tharit Çarunqvat arasında görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə  əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində iki tərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivlərinə dair müzakirələr aparılıb.

Səfir Çarunqvat Tailand tərəfinin Azərbaycanla əməkdaşlıqda son dərəcədə maraqlı olduğunu, iki ölkənin birbaşa hava nəqliyyatı vasitəsi ilə əlaqələndirilməsinin əhəmiyyətli olacağını qeyd edib.

Görüşün nəticəsi olaraq, yaxın müddət ərzində hər iki ölkənin aparıcı kütləvi informasiya vasitələri və turizm sənayesi nümayəndələrinin iştirakı ilə qarşılıqlı tanışlıq səfərlərinin həyata keçirilməsi qərarlaşdırılıb.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri