21 
Sen
2015
15:25
20
2
1688
Virtual karabakh

“Bölgələrdən paytaxta” layihəsi Şəmkirə həsr ediləcək

21 Sen, 2015
15:25
1688

“Bölgələrdən paytaxta” layihəsi Şəmkirə həsr ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tədbir Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşacaq.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. 

Oxu.Az xəbər verir ki, layihə çərçivəsində Şəmkir rayonuna həsr olunmuş tədbir Şəmkir rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə sentyabrın 21-də, saat 18:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşacaq.

Qeyd edək ki, 2015-ci il ərzində “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy və İsmayıllı  rayonlarının Bakı şəhərində təqdimatları keçirilib. İlin sonunadək Xaçmaz, Zaqatala rayonlarına və Gəncə şəhərinə həsr edilən tədbirlərin təşkili nəzərdə tutulur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri