23 
Sen
2015
16:59
17
3
2281
Virtual karabakh

Qaxda “Ulu dad” milli mətbəx festivalı keçirildi – FOTO

23 Sen, 2015
16:59
2281

Qaxda “Ulu dad” milli mətbəx festivalı keçirildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Festival iştirakçılarına xatirə hədiyyələri və diplomlar təqdim edildi.

Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən, 2015-ci il üçün “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilmiş Qax şəhərində sentyabrın 22-də növbəti tədbir – “Ulu dad” milli mətbəx festivalı keçirilib.

Oxu.Az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda yerli kulinarlarla yanaşı Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının təmsilçiləri iştirak ediblər. Rayonların plov, dolma, xəmir xörəkləri, şirniyyat növləri “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində, baldan hazırlanmış mətbəx nümunələri isə Nizami” parkında nümayiş olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

“İçəribazar” Turizm Mədəniyyət Mərkəzində keçirilən açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, Qaxın 2015-ci il üçün “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilməsinin rayonun milli mənəvi dəyərlərinə, mətbəxinə verilən yüksək qiymət olduğunu deyib, bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib. İcra başçısı “Paytaxt ili” çərçivəsində Qax şəhərində, eləcə də rayonun kəndlərində silsilə tədbirlərin, festivalların keçirildiyini diqqətə çatdırıb.

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək son illər sürətlə inkişaf edən Qax rayonunun artıq respublikamızın turizm mərkəzlərindən birinə çevrildiyini bildirib. Qeyd olunub ki, nazirlik tərəfindən həyata keçirilən “Xalq Yaradıcılığı Paytaxtları” layihəsi Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği, “paytaxt” seçilmiş şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov belə festivalların ölkəmizin, ayrı-ayrı bölgələrin zəngin mətbəx mədəniyyətinin tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin kollektivlərinin, uşaq incəsənət məktəbi şagirdlərinin çıxışından sonra tədbir iştirakçıları rayonlardan gəlmiş kulinarların əvvəlcədən hazırladıqları milli mətbəx nümunələri ilə tanış olublar. El sənətkarlarının əl işləri, həmçinin folklor kollektivlərinin çıxışları festival iştirakçılarına xoş ovqat bəxş edib. Nizami parkında arıçılıq məhsullarının sərgisi də maraqla qarşılanıb.

Festival iştirakçılarına rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri və diplomlar təqdim edilib.

www.oxu.az                                          

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri