28 
Sen
2015
16:49
16
2
1713
Virtual karabakh

“Nabat” filminin növbəti uğuru

28 Sen, 2015
16:49
1713

“Nabat” filminin növbəti uğuru

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki mükafata layiq görüldü.

2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor Elçin Musaoğlunun dövlət sifarişi ilə çəkdiyi “Nabat” bədii filmi 19-25 sentyabr 2015-ci il tarixində Qazaxıstanın Almatı şəhərində keçirilən XI Avrasiya Beynəlxalq Film Festivalında iştirak edərək “Ən yaxşı rejissor işi” və “Ən yaxşı aktrisa” (Fatimə Motamed Arya) mükafatlarına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə  əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Qarabağ müharibəsinin dramatik hadisələrindən birini özündə əks etdirən, güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazının yaradıldığı “Nabat” filmi bugünədək onlarla kinofestivalda iştirak edib və maraqla qarşılanıb.

O cümlədən, film 71-ci Venesiya kinofestivalı, Milan kinofestivalı, 50-ci Beynəlxalq Çikaqo kinofestivalında nümayiş olunub. Almaniyanın Manheym və Heydelberq şəhərlərində keçirilən 63-cü Beynəlxalq Kinofestivalda “Beynəlxalq tənqidçilər mükafatı” və “Ekumenik jürinin mükafatı”na, Tripoli Beynəlxalq Film Festivalında “Ən yaxşı tammetrajlı bədii film” mükafatına layiq görülüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri