28 
Sen
2015
18:02
17
0
1670
Virtual karabakh

İsmayıllıda etno-irs günlərinin yekunu oldu – FOTO

28 Sen, 2015
18:02
1670

İsmayıllıda etno-irs günlərinin yekunu oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məqsəd Azərbaycanın milli-mədəni irsinin təbliğ edilməsidir.

24 sentyabr tarixdən başlayaraq tələbələrin iştirakı ilə İsmayıllıda start götürən Etno-İrs günləri  27 sentyabr tarixində başa çatdı.

Oxu.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan tədbirdə 100 nəfərə yaxın gənc aktyor, tələbə, İsmayıllı rayonununda fəaliyyət göstərən folklor qrupları və xalq sənətkarları iştirak edirdilər.

Etno-irs günlərinin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsidir. 

Layihə çərçivəsində qonaqlar adət-ənənələrimiz və mədəni irsimiz ilə yaxından tanış olmaq imkanı əldə etdilər.

İlk olaraq təqdir iştirakçılarını ozanların atası olan Dədə Qorqud qarşılayaraq, onları salamlayıb, xeyir dua verdi. Daha sonra qonaqlarla birgə bütün çadırların önündən keçərək milli və tətbiqi sənət məhsulları, kəndirbaz və sehrbazların məharətləri,  gənc aktyor və tələbələrin ifasında  Azərbaycan xalqının qədim rəqslərini və xalq oyunlarını seyr edib, muğam və milli musiqilər dinlədilər.

Tədbirin daha rəngarəng və maraqlı keçməsi, qonaqların adət ənənələrimiz və milli mətbəximiz ilə daha yaxından tanış olmaları məqsədi ilə festival zamanı  yeməklərimizin hazırlanma qaydaları  da onlara  nümayiş olundu. Bununla yanaşı qonaqlar milli mətbiximizdən də dada bildilər.

Eyni zamanda, qonaqlara misgərlərin, zərgərlərin, xalçaçıların, dulusçuların, nəqqaşların və başqa sənət ustalarının yaratdıqları sənətkarlıq nümunələri də təqdim edildi. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri