Okt
2015
14:19
1
12
1432
Virtual karabakh

Əfsanəvi “Fourplay” kvarteti Bakıya gəlir

2 Okt, 2015
14:19
1432

Əfsanəvi “Fourplay” kvarteti Bakıya gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konsertin biletləri 20-120 manat arasında satışa çıxarılıb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə 25 oktyabr - 3 noyabr tarixlərində Bakı Beynəlxalq Caz Festivalı keçiriləcəkdir.

Oxu.Az xəbər verir ki, festival çərçivəsində 27 oktyabr tarixində Heydər Əliyev Saraynda bu il 25 yaşını qeyd edən, caz tarixində ən parlaq qruplardan biri hesab olunan əfsanəvi “Fourplay” kvartetinin konserti baş tutacaq.

Qrupun hər bir nümayəndəsi əsl caz korifeyidir. “Fourplay” kvartetinin ilk albomu (1991) bir  milyon tiraj ilə satılıb və uzun müddət Billboard hit-paradının ilk pillələrində yer alıb. Kvartetin növbəti albomları dəfələrlə “Grammy” mükafatını almaq üçün namizəd kimi irəli sürülüb və “Qızıl disk” adı qazanıb. Musiqi aləminə verdiyi töhfəyə görə “Fourplay” ABŞ Konqresi tərəfindən tanınan yeganə qrupdur.

Sarayın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, saat 20:00-da başlayacaq konsertin biletləri 20-120 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə etmək mümkündür.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri