Okt
2015
14:51
4
4
2343
Virtual karabakh

Caz musiqisinin əfsanəsi ölkəmizdə konsert verəcək

2 Okt, 2015
14:51
2343

Caz musiqisinin əfsanəsi ölkəmizdə konsert verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondunun təşkilatı dəstəyi ilə 25 oktyabr - 3 noyabr tarixlərində Bakı Beynəlxalq Caz Festivalı keçiriləcəkdir.

Sarayın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, festival çərçivəsində 30 oktyabr tarixində Heydər Əliyev Saraynda 60-cı illərin ulduzu, caz musiqisinin əfsanəsi, saksafon ifaçsı Çarlz Lloydun konserti reallaşacaq.

Çarlz Lloydun 1966-cı ildə “Monterey Jazz Festival”ı zamanı canlı olaraq qeydə alınan albomu “qızıl” statusunu qazanıb və 1 milyondan artıq tirajla satılan albom hesab olunur.

Ç.Lloyd “Soyuq müharibə” zamanı Sovet İttifaqında çıxış edən ilk amerikalı ifaçı olub. 2015-ci ildə saksafon ifaçısı “Jazz Masters” mükafatı ilə təltif edilib. Lloyd “Jazz Legends Gala” festivalının laureatı elan olunub. Həmçinin o, “Alfa Jazz Fest” Beynəlxalq Musiqi Mükafatı ilə təltif edilib və Berkli Musiqi Kollecinin Musiqi üzrə fəxri doktoru adını qazanıb.

Saat 20:00-da başlayacaq konsertin biletləri 20-90 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə etmək olar.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri