20 
Noy
2015
11:40
41
15
3027
Virtual karabakh

Gömrük Komitəsindən Azərbaycanın Rusiya ilə sərhədi ilə bağlı – AÇIQLAMA

20 Noy, 2015
11:40
3027

Gömrük Komitəsindən Azərbaycanın Rusiya ilə sərhədi ilə bağlı – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Komitə məlumat yaydı.

Rusiyanın yol vergisi ilə bağlı ölkə qanunveiciliyində həyata keçirdiyi yeni düzəlişlər bu ölkədə fəaliyyət göstərən bir sıra nəqliyyat şirkətlərinin etirazına səbəb olub.

Dövlət Gömrük Komitəsindən (DGK) Oxu.Az-a bildirilib ki, nəticədə ölkənin nəqliyyat sektorunda fəaliyyət göstərən şikətlərin bəziləri tətil elan edərək işi dayandırıb. 

“Yükdaşımalara təsir edən bu hadisə Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının da daşınmasında problem yaradıb. Belə ki, sərhəddi  maneəsiz  şəkildə qarşı tərəfə keçən yüklərin  təyinat  məntəqələrinə, xüsusilə Moskva və Moskva ətrafı regionlara çatdırılmasında əngəllər meydana gəlib”, - deyə komitədən qeyd edilib. 

Komitə bildirib ki, ölkənin Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin fəaliyyətində hər hansı problem yoxdur və gömrük-keçid məntəqələri müəyyən olunan qrafik əsasında gömrük nəzarəti  işini həyata keçirir. 

Xatırladaq ki, komitədən həmçinin onu da bildiriblər ki, yaranmış problemin həlli ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsi rəsmi olaraq Rusiyanın Federal Gömrük Xidmətinə müraciət edib.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri