25 
Noy
2015
15:47
75
32
4551
Virtual karabakh

Özbaşına tikililər ilə bağlı monitorinqlərə başlanıldı

25 Noy, 2015
15:47
4551

Özbaşına tikililər ilə bağlı monitorinqlərə başlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Komitə məlumat yaydı.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaq sahələrindən qanunsuz istifadə və özbaşına tikintilərlə bağlı monitorinq-araşdırma tədbirləri gücləndirilib.

Komitədən Oxu.Az-a verilən məlumata görə, yaradılmış monitorinq qrupları tərəfindən respublikanın müxtəlif bölgələri, eləcə də Bakı və Abşeron üzrə torpaq reydlərinə start verilib. 

“Belə qruplar paralel olaraq bütün ölkə üzrə torpaqların özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması, təyinatına zidd istifadə və torpaq sahələri barədə qanunsuz qərarların verilməsi faktlarını araşdırır. Kənd təsərrüfatlı torpaqlarda qanunsuz yaşayış evi və ya digər obyektlərin tikintisi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi,  dövlət torpaqlarının zəbt olunması kimi hallar müəyyən edilir”, - deyə komitədən qeyd edilib. 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin Sərəncam ilə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. 

Belə qanunsuzluqlara yol verənlər səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri