27 
Noy
2015
20:20
19
94
2693
Virtual karabakh

Azərbaycan və Rusiya gömrükdə yaranan problemləri müzakirə etdilər

27 Noy, 2015
20:20
2693

Azərbaycan və Rusiya gömrükdə yaranan problemləri müzakirə etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DGK məlumat yaydı.

Xaçmaz Gömrük İdarəsinin Rusiya və Azərbaycanın dövlət sərhədində yerləşən “Samur” gömrük-keçid məntəqəsinin inzibati binasında Azərbaycan-Rusiya gömrük xidmətləri nümayəndələrinin işçi qrupunun növbəti görüşü keçirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Oxu.Az-a verilən məlumata görə, məqsəd gömrük-keçid məntəqələrində meydana çıxan problemləri yerində həll etmək və keçid məntəqələrinin işinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək və bununla əlaqədar məlumat mübadiləsini həyata keçirmək olub.

Görüşdə Rusiyanın Şimali Qafqaz Gömrük İdarəsinin Dağıstan Gömrük İdarəsi Yaraq-Qazmalar gömrük postunun rəisi Malaalli İsayev, Azərbaycanın isə Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəis müavini Zal Zalovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

“Səmimilik şəraitində keçən görüşdə gömrük-keçid məntəqələrindən malların, nəqliyyat vasitələrinin keçidi zamanı yaranacaq problemlərin birlikdə aradan qaldırılması, qarşılıqlı məlumat mübadiləsinin davam etdirilməsi və daha da gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının daşınması zamanı vaxta qənaət etmək məqsədilə bütün zəruri tədbirlərin görülməsi, eləcə də birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub, tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb”, - deyə xidmətdən qeyd edilib. 

Bundan başqa, komitədən bildiriblər ki, görüşdə Azərbaycan və Rusiya gömrük xidməti nümayəndələri müxtəlif keçid məntəqələri üzrə gömrük əməliyyatları, gömrük nəzarətinin təşkili, qarşılıqlı yardım və əməkdaşlıq məsələlərilə yanaşı, iki ölkə arasında kənd təsərrüfatı sahəsində mal dövriyyəsinin artımı və son günlərdə Azərbaycandan Rusiyaya daşınan kənd təsərrüfatı məhsullarının təyinat məntəqələrinə çatdırılmasında yaranan problemlər və onların aradan qaldırılması yollarını müzakirə ediblər.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri