27 
Noy
2015
22:21
134
57
3352
Virtual karabakh

Nazir: Azərbaycanda işsizlik sığortası tətbiq olunacaq

27 Noy, 2015
22:21
3352

Nazir: Azərbaycanda işsizlik sığortası tətbiq olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qanun layihəsi hazırlanıb”.

Azərbaycanda işsizlik sığortası tətbiq olunacaq. 

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beyləqan rayonunda jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, işsizlik sığortası sığortanın ayrı bir növüdür: 

“Xususilə bazar iqtisadiyyatı ölkələrində çalışan insanların sabah işsiz qalacağı halda həmin hadisədən sığortalanmları ücün belə bir sığorta növü tətbiq olunur. Ona görə də Azərbaycanda da belə bir sığorta növünün tətbiqinə ehtiyac yarandığını düşünürük. Bu səbəbdən də qanun layihəsi hazırlanıb. Bu layihə müvafiq icra hakimiyyəti orqanları ilə müzakirə olunub razılaşdırıldıqdan sonra hökumətə təqdim olunacaq”.

S.Müslümov əlavə edib ki, son 6 ay ərzində məşğulluq xidməti orqanlarına iş üçün 27 700 nəfər müraciət edib: 

“Onlardan 13 min nəfərdən çoxu münasib işlə təmin olunub. Yerdə qalan insanların işlə təmin olunması istiqamətində tədbirlər həyata keçirilir. İşsizlik sığortası Rusiya, Türkiyə və ABŞ-da daha geniş yayılıb”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri