18 
Yan
2016
09:21
17
195
8183
Virtual karabakh

Gömrük rüsumları artırıla bilər - VİDEO

18 Yan, 2016
09:21
8183

Gömrük rüsumları artırıla bilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aydın Əliyev açıqlama verdi.

Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan mallardan yüksək rüsum tutulması ilə bağlı açıqlama verib.

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, komitənin sədri Aydın Əliyev bildirib ki, Azərbaycanda aksizli mallar istisna olmaqla digər mallar üçün gömrük rüsumları pilləlidir və 0-15% civarında dəyişir: 

“Bunun üzərinə əlavə dəyər vergisi də gəldikdə, rüsum malın dəyərinin maksimum 35,7%-i qədər ola bilər. Bu da uzaq xaricdən ölkəyə gətirilən mallar (məsələn, şuba) üçündür.

Azərbaycanda monitorinq aparan Ümumdenya Ticarət Təşkilatı da bu rüsumları normal hesab edir. Əgər biz filtrləşdirmə siyasətinə keçmişiksə ölkədə gömrük rüsumlarına yenidən baxıla bilər. Rüsumlar hətta artırıla bilər ki, biz ucuz və dempinq üsulu ilə Azərbaycana gətirilən mallardan onların daxili istehsaldakı analoqlarını qoruya bilək.

Xüsusilə da yeyinti məhsullarını, kənd təsərrüfatı mallarını qorumalıyıq, ölkədən valyuta axınının qarşısını almalıyıq”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri