19 
Yan
2016
15:22
19
38
2557
Virtual karabakh

ADİF: “Bank of Azerbaijan” fondun reyestrindən çıxarıldı

19 Yan, 2016
15:22
2557

ADİF: “Bank of Azerbaijan” fondun reyestrindən çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fond açıqlama verib.

“Bank of Azerbaijan” ASC Əmanətlərin Sığortalanması Fonduna (ADİF) üzv bankların reyestrindən çıxarılıb.
 
Bu barədə Fonddan Oxu.Az-a bildirilib. 

“Banka verilmiş müvafiq şəhadətnamə ləğv edilib”, - deyə Fonddan qeyd edilib. 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri