23 
Yan
2016
15:33
17
61
3553
Virtual karabakh

“Bank of Azerbaijan”a moratorium tətbiq edildi

23 Yan, 2016
15:33
3553

“Bank of Azerbaijan”a moratorium tətbiq edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmanətlərin Sığortalanması Fondunun məlumatı.

“Bank of Azerbaijan” ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib.

Əmanətlərin Sığortalanması Fondundan Oxu.Az-a verilən məlumata görə, bu barədə Mərkəzi Bank tərəfindən Fonda təqdim olunmuş 22 yanvar 2016-cı il tarixli məktubda deyilir.
 
Qeyd edilir ki, bununla da “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və “Bank of Azerbaijan” ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Mərkəzi Bank tərəfindən təsdiq edilir. Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırır və bildirir ki, 22 yanvar 2016-cı il tarixi “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
 
Qeyd edək ki, “Bank of Azerbaijan” ASC-də 30 min manata qədər qorunan əmanəti olan qorunan əmanətçilərin əmanətlərinin 100 faiz həcmində kompensasiya ediləcəyinə Fond təminat verir. “Əmanətlərin sığortalanması haqqında” qanunun 28.1-ci maddəsinə uyğun olaraq, 7 təqvim günü ərzində “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri