28 
Yan
2016
11:49
79
125
11286
Virtual karabakh

Azərbaycan 4 milyardlıq kredit cəlb edir – YENİLƏNİB

28 Yan, 2016
11:49
11286

Azərbaycan 4 milyardlıq kredit cəlb edir – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya Bankından alınacaq borcun məbləği açıqlandı.

Azərbaycan hökuməti ölkədə iqtisadi islahatlara dəstək proqramı çərçivəsində Beynəlxalq Valyuta Fondundan 3 milyard dollar, Dünya Bankından isə 1 milyard dollar istəyib.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan hökumətindəki mənbə deyib.

10:59

Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının nümayəndə heyəti Azərbaycana mümkün yardım paketinin müzakirə edilməsi məqsədilə Bakıya gəliblər.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə hökumətdəki mənbədən bildirilib.

Qeyd edək ki, “Financial Time” qəzeti məlumat yaymışdı ki, söhbət 4 milyard dollarlıq yardım paketindən gedir. Nümayəndə heyəti yanvarın 28-dən fevralın 4-ə qədər ölkəmizdə səfərdə olacaqlar.

09:08

Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə BVF-nin nümayəndəsi “Financial Times” qəzetinə bildirib.
 
Onun sözlərinə görə, bu məsələnin müzakirə üçün BVF və DB nümayəndələri 28 yanvar - 4 fevral ərzində Bakıya rəsmi səfər edərək hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

“Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”, - deyə o bildirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri