Fev
2016
19:32
54
61
3717
Virtual karabakh

“NBC Bank”: Lisenziyamız bərpa olunub - YENİLƏNİB

2 Fev, 2016
19:32
3717

“NBC Bank”: Lisenziyamız bərpa olunub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bankın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb.

“NBCBank” ASC Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu məqsədlə bankın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb, kapitalın artırılması ilə bağlı banka yeni vəsait qoyuluşu həyata keçirilib. Bu vəsaitlər hesabına əhali və kreditorlar qarşısında vaxtı ötmüş ödhəliklərin icrasına başlanılıb.

Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə “NBCBank” ASC-nin bank lisenziyasının ləğv olunması barədə qərar (25 yanvar 2016-cı il tarixli, 06/3 nömrəli) ləğv edilib.

Konsolidasiya prosesi tam başa çatdırılanadək bank Mərkəzi Bankın ciddi nəzarəti çərçivəsində fəaliyyət göstərəcək.

16:49

Azərbaycan Mərkəzi Bankının (AMB) 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə, 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı (“NBC Bank” ASC-nin lisenziyasının geri çağırılması) qüvvədən düşmüş hesab olunur.
 
Oxu.Az xəbər verir ki, bu barədə bankın rəsmi Facebook səhifəsində yayılan xəbərdə deyilir.

"NBC Bank” ASC-nin lisenziyası bərpa olunur. Bu münasibətlə bütün müştərilərimizi təbrik edirik. 03.02.2016-cı il tarixindən “NBC Bank” ASC bütün bank əməliyyatları üzrə xidmətinizdə olacaqdır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bankın lisenziyası Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yanvarın 25-də ləğv edilmişdi.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri