Fev
2016
15:26
156
32
16281
Virtual karabakh

Vergilər Nazirliyində kadr dəyişiklikləri – YENİLƏNİB

5 Fev, 2016
15:26
16281

Vergilər Nazirliyində kadr dəyişiklikləri – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlik məlumat yaydı.

Vergilər nazirliyində yenidən kadr dəyişikliyi olub. 

Oxu.Az-a bu barədə nazirlikdən bildirilib. 

Belə ki, məlumata görə, Vergilər Nazirliyinin beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə nazirin müşaviri Ələkbər Comərd oğlu Məmmədov Vergilər Nazirliyinin beynəlxalq münasibətlər və tədris sahələri üzrə nazirin müşaviri - Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi təyin edilib. 

Bundan başqa, vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov isə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi təyin edilib. 

13:20

Vergilər Nazirliyində daha bir kadr dəyişikliyi baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Rəhim Əfəndiyev nazirliyin Maliyyə-təsərrüfat idarəsinin rəisi təyin edilib. Bu təyinata qədər R. Əfəndiyev vergilər nazirinin müşaviri olub.
 
Qeyd edək ki, bu vəzifəni əvvəllər Məhəmməd Balaqadaşov icra edib. M. Balaqadaşov maliyyə-təsərrüfat idarəsinin rəis müavini təyin edilib.

11:27

Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi də dəyişib.

Bu barədə Oxu.Az APA-ya istinadən xəbər verir.

Belə ki, Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş idarəsinin rəisi təyin olunub.

Onun yerinə isə Samirə Musayeva təyin edilib. S. Musayeva bunadək Vergilər Nazirliyinin Hüquq Baş idarəsinin rəisi olub. Vergilər Nazirliyi Hüquq baş idarəsi rəisi vəzifəsi isə Zeynalabdin Məmmədzadəyə həvalə olunub.

Buna qədər Z. Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi olub.

Nazirlikdə kadr dəyişikliyi bununla da yekunlaşmayıb. İlqar İsmayıl oğlu Əhmədov Vergilər Nazirliyi Daxili təhlükəsizlik baş idarəsinin rəisi təyin edilib. Buna qədər İ. Əhmədov Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisi olub. Bu vəzifə isə Toğrul Quliyevə tapşırılıb.

10:42

Vergilər naziri Fazil Məmmədovun müşavirlərinin sayı 2 dəfə azaldılıb. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, müşavirlərin sayı 13-dən 7-yə endirilib.

Məlumata görə, müşavirlərin 7-si işdən azad olunaraq Nazirliyin müxtəlif struktur vahidlərində müavin vəzifəsinə təyin olunublar.

Bu, Akif Musayev, Namiq Quliyev, Asəf Əsədov, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Müsavər Nəbiyevdir.

Bundan başqa, F.Məmmədovun əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Taryel Aydın oğlu Quliyev vergilər nazirinin müşaviri təyin edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri