Fev
2016
19:57
11
62
2118
Virtual karabakh

Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışına başladı

5 Fev, 2016
19:57
2118

Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışına başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlik məlumat yaydı.

Bu gün Maliyyə Nazirliyinin “Bakı Fond Birjası” QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, ümumi həcmi 12 mln. dollar olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2,77% və 3,02% gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınıb.
 
Eyni zamanda ümumi həcmi 20 mln. manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7,79% və 8,8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib.
 
Maliyyə Nazirliyi ümumi həcmi 500 mln. dolları və 400 mln. manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq bu ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərracların keçirilməsini təmin edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri